Bir ailənin iki üzvü yol qəzasında öldü




Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Şəki şəhəri ərazisində Bərdə rayon sakini N.Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri - arvadı Nəsibə və qızı Zəminə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Tarix: 9-10-2020, 16:05
Xəbəri paylaş



Xəbər lenti