Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımının atıcısı vəzifəsində qulluq etmiş, ədliyyə çavuşu xüsusi rütbəsində olmuş Tural Məhəmmədov və “Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işləmiş Kamran Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımının atıcısı vəzifəsində qulluq etmiş, ədliyyə çavuşu xüsusi rütbəsində işləyərkən 02 fevral 2019-cu il tarixdə, saat 18.40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 5 ünvanında ferləşən “Fərhadın kafesi” adlanan kafedə xalası oğlu Kamran Əliyevlə Əlvan Abbasovun istifadəsində olan mobil telefonundan onun xalası qızının istifadəsində olan mobil telefonuna “Whatsap” vasitəsi ilə mesaj yazıb, narahat etməsini bəhanə edib, əsaslı səbəb olmadan Əlvan Abbasovla mübahisə ediblər.
Yaranmış münaqişə zamanı Tural Məhəmmədov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək qəsdən yumruqla Əlvan Abbasovun sifət nahiyəsindən bir dəfə vurub, sonuncuya sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetiriblər.
İstintaq orqanı tərəfindən Tural Məhəmmədov və Kamran Əliyevin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasının istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi isə kasasiya şikayəti verib.
Hər iki tərəfin şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb. Kasasiya protesti və kasasiya şikayəti təmin edilməyib.
Neqativ.com
Tarix: 7-10-2020, 15:33