Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Tvitter" hesabı açılıb.Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:https://twitter.com/wwwmodgovaz", -məlumatda bildirilib.
Tarix: 6-10-2020, 15:45