Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.APA-nın məlumatına görə, atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar.
Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.
Tarix: 5-10-2020, 07:13