Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilib Brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.
Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb : "Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiliəcək".Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qadağan olunmuş bombalardan istifadə edir: “Ermənistan silahlı qüvvələri tərəfindən kasetli bombalardan da istifadə edilir”.
Onun sözlərinə görə, Ermənistan insanların kütləvi şəkildə yaşadığı ərazilərə qadağan olunmuş bombalar atması bu ölkənin terrorçu dövlət olduğunu göstərir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları davam edir, düşmən çoxlu sayda itki verib: “Ermənistan tərəfi yenə də dezinformasiyalar yaymaqla məşğuldur”.
Onun sözlərinə görə, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir: “Canlı və texnika sarıdan çoxlu itki verən düşmən artıq 60-70 yaşlı şəxslərdən istifadə etməyə başlayıb. Düşmənə qarşı adekvat tədbirlər görülür. Onların Gəncədəki hərbi obyektləri vurması ilə bağlı yaydığı xəbərlər tamamilə yanlışdır”.
Azərbaycan Prezidentinin köməkçisi insanlarımızın əhval-ruhiyyəsi yüksək olduğunu deyib: "“Bu, Böyük Vətən Müharibəsidir. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərin, əldə etdiyimiz uğurların fövqündə Ermənistan təxrinartlara əl atır. Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər.
Mən Tərtərdə, Gəncədə və digər şəhərlərimizdə olan tanışlarla əlaqə saxlamışam. Onların hamısı öz evlərində, yaşadıqları yerlərdədirlər və əhval-ruhiyyələri yüksəkdir“, - o əlavə edib.
Prezidentin köməkçisi qeyd edib ki, Ordumuz uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatlarını davam etdirirlər: “Onlara bu işində uğurlar arzulayıram”.
Hikmət Hacıyev qeyd edib ki, bizim qələbələrimiz bundan da artıq olacaq: “Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz öz rəşadətlərini göstərir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək Suqovuşan istiqamətində nailiyyətlər əldə ediblər: “Bizim qələbələrimiz bundan da artıq olacaq. Məqsədimiz işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini təmin etməkdir. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri altında legitim hərbi hədəfləri sıradan çıxararaq onların bütün hərbi resurslarını məhv edir. Həmçinin atəşi həyata keçirən məntəqələr, xüsusən də işğal altındakı ərazilərimizdəki yerləşdirilən düşmən məntəqələri sıradan çıxarılır”.Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib ki, ermənilər dezinformasiyalar yayır: “Ermənistan tərəfi yenidən guya Azərbaycanın döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı xəbərlər, dezinformasiya xarakterli məlumatlar yayır”.
“Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”-deyə, o əlavə edib.
Tarix: 4-10-2020, 14:52