Ötən gün Qarabağda qondarma rejimin “prezidenti“ Arutunyan müharibəni əsas gətirərək “Karabakh Telecom” mobil operatorunu Livanlı biznesmenlər – Fatuş qardaşlarının əlindən alıb.Cebhe.info-nun xəbərinə görə, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.
Onun sözlərinə görə, Arutunyan bəyan edib ki, bu operatorun şəbəkəsindən hərbi məqsədlər üçün istifadə olunacaq:
“20 ildir ki, bu şirkət, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qaydalarını pozaraq işğal olunmuş ərazilərimzidə qanunsuz mobil biznes qurub. BMT-nin qurumu olan BTİ beynəlxalq normaları pozaraq işğal olunan ərazidə fəaliyyət göstərən şirkətə mobil kod+284 və digər beynəlxalq resurslar verib. Şirkət Ermənistanda qeydiyyatdan keçib.Hazırda real vəziyyət belədir: Ermənistanda qeydiyyatdan keçən, BMT-dən əldə olunan beynəlxalq kodlarla işğal olunmuş ərazimizdə qanunsuz mobil şəbəkə quran şirkət, qondarma rejim tərəfindən ələ keçirilib və onun infrastrukturundan hərbi məqsədlər üçün istifadə olunur”.
Tarix: 3-10-2020, 17:27