Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.
Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir", - Nazirlikdən bildirilib.
Tarix: 30-09-2020, 07:12