“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - Ağdərə AZAD OLUNUB?


“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb”
Bu gecə Ağdərə istiqamətində son bir neçə saat ərzində intensiv döyüş olub.

Bu barədə İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə məlumat verib. Onun sözlərinə görə, gecə 3-4 saat ərzində artilleriyadan intensiv atəş açılsa da, bir anda düşmən tərəfdən atəş səsləri kəsilib:

“Düşmənin mövqeləri təxminən 1 saat ərzində yanıb. Hazırda bizdə yaranan ilkin təəssüratları sizinlə bölüşürəm. Görünən odur ki, Ağdərə istiqamətində düşmənin müqaviməti qırılıb. Azərbaycan artilleriyası öz atəşini düşmənin müdafiəsinin dərinliyinə keçirib”.
 
Tarix: 29-09-2020, 09:01
Xəbəri paylaş



Xəbər lenti