Türkiyənin TRT Xəbər və Anadolu Ajansı komandasının olduğu nöqtəyə Erməni birləşmələri atəş açdı.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin TRT Xəbər və Anadolu Ajansı komandası cəbhə xəttində çəkilişlər apararkən atəşə məruz qalıb. Erməni birləşmələri jurnalistlərin olduğu bölgəyə 3 havan topu atıb. Jurnalistlər bu hücumlardan son anda qurtulub və ərazidən uzaqlaşıb.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Tarix: 27-09-2020, 12:13