Azərbaycanda zirzəmidə gizlədilmiş 1,5 kq qızıl və 21 min dollar oğurlandı

Bakıda evdən oğurluq olub.
Zərərçəkən Yasamal rayon sakini H.İbayevdir. Onun D.Bünyadzadə küçəsində yerləşən evindən 21 min dollar pul və 1,5 kiloqram qızıl oğurlanıb.
H.İbayev pulu və qızılları evinin zirzəmisində gizlədibmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
///Report
Tarix: 23-09-2020, 20:27
Xəbəri paylaş



Xəbər lenti