Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - VURULMA ANI (VİDEO)
Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə Şəmkir rayon sakinləri sosial şəbəkədə məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib. Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb. Saytın əldə etdiyi qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb. Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.