
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
Siam.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.Report
Tarix: 14-09-2020, 08:13