Dünya çempionu dayısı Nofəl Süleymanovun ölümündən danışdı: “Oğlu şokdadır”
Xəbər verdiymiz kimi, bu gün tanınmış gitara ifaçısı Nofəl Süleymanov ehtiyatsızlıqdan oğlu tərəfindən qətlə yetirilib.
Pravda.az-ın xəbərinə görə, mərhum musiqiçinin bacısı oğlu idmançı, dünya çempionu Anar Süleymanovla əlaqə saxlayıb. Anar bildirib ki, ifaçının oğlu Şövqi hazırda şok vəziyyətindədir:
“Hadisə yerindəyəm. Polislər buradadır. Ekspertiza aparırlar. Oğlu şokdadır. Ekspertizanın rəyindən sonra dayım Ağcabədidə dəfn olunacaq”.Big.az
Tarix: 8-09-2020, 20:41