Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap bölgəsində PKKPYD terror təşkilatına qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində təxribata hazırlaşan 4 terrorçu məhv edilib. Terrorçulara qarşı əməliyyatların davam edəcəyi vurğulanıb.
Tarix: 30-08-2020, 21:48