Tərtərdə 9 nəfər Polis Şöbəsinə gətirilib


Tərtərdə 9 nəfər Polis Şöbəsinə gətirilib
Məsciddə toplaşıb Aşura mərasimi keçirmək istəyənlər cərimələnib
 
Tərtər şəhərində məsciddə toplaşanlar saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.
 
Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Tarix: 30-08-2020, 20:06
Xəbəri paylaş



Xəbər lenti