Mədəniyyət Nazirliyi Aysel Teymurzadənin həyat yoldaşını cəzalandırıb? - RƏSMİ AÇIQLAMA




Mədəniyyət Nazirliyi Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etmiş Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla bağlı yayılan xəbərlərə münasibət bildirib. 
Nazirlikdən “MediaPost”a verilən məlumata görə, Murad Adıgözəlov karantin qaydalarını pozaraq sözügedən toy mərasimində iştirak etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi tətbiq olunub və 400 manat məbləğində cərimə edilib.
Mədəniyyət Nazirliyi tərəfindən sözügedən hadisə ilə bağlı Murad Adıgözəlova hər hansı bir töhmət və yaxud başqa cəza tədbiri görülməyib. 
Qeyd edək ki, Murad Adıgözəlov "Eurovision 2009" təmsilçimiz Aysel Teymurzadənin həyat yoldaşıdır.


img

 

Tarix: 26-08-2020, 21:20
Xəbəri paylaş



Xəbər lenti