Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn edilib.
Musavat.com xəbər verir ki, Nadir Səlifov İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində xeyli sayda azərbaycanlı və o cümlədən MDB məkanlarından olan kriminal avtoritetlər iştirak ediblər.
Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.
Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb.
Onu da bildirək ki, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da təsadüfü səbəbdən hazırda İstanbuldadır. Rauf Arifoğlu da Lotu Qulinin dəfnində iştirak edib, görüntülər yayıb. Görüntülərdən də görünür ki, Qulinin dəfnində həm də yaxınları iştirak edirlər.