Bakıda kriminal aləmin “sxodka”sı dağıdıldı: 100-ə yaxın şəxs saxlanılıb


Bakıda kriminal aləmin “sxodka”sı dağıdıldı: 100-ə yaxın şəxs saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib
 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib. AYNA xəbər verir ki, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Onlar restoranda "sxodka" keçirimişlər. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az saytına bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Tarix: 18-08-2020, 17:13
Xəbəri paylaş



Xəbər lenti