Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb. Siam.az-ın xəbərinə görə, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.
Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.
Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var. ("Report")
Tarix: 14-08-2020, 08:16