Milli Məclisin deputatı Razi Nurullayevə qarşı təxribat olub.
Pravda.az-ın xəbərinə görə, bu barədə R.Nurullayev özü məlumat verib.
Deputat bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demədiyi fikirləri onun adından tirajlayırlar: “Ay bədbəxtlər, bu şər-böhtana görə Allah sizi cəzalandıracaq. Şər-böhtan yazanlar və onu sifariş verən oğrular elə erməni kimi hərəkət edirlər. Erməni ilə qohumluğunuzu yoxlayın, qan analizi verin, antropoloji quruluşunuzu öyrənin. Bir də öz düşərgəmizdən gözü götürməyənlər, hədəfinizi doğru seçin. Xalqın birliyinə, həmrəyliyinə və ruhuna xələl gətirməyin. Qoyun biz edək, bəlkə nələrsə etməyi bacardıq. Dözümlü olun. Əl-Əhzab surəsinin 58-ci ayəsində deyilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" Yerinizin cəhənnəm olacağından qorxun!”
Fotoları təqdim edirik
Tarix: 8-08-2020, 17:29