Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yayıb


Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yayıb
Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib
 
Avqustun  5-də saat 23 radələrində Goranboy  rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.
 
Goranboy Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tarix: 6-08-2020, 13:05
Xəbəri paylaş



Xəbər lenti