“Livandakı partlayış Ermənilərin çox olması səbəbilə diqqətinizi çəkmişsə, nə deməli, betər olsunlar”




“Parisdə bir adam öldürülərsə, cinayət, Şərqdə əlli min asılarsa, bu sadəcə, statistikadır... Beyrut da şərqdə olduğundan partlayış xəbəri o qədər də diqqətəlayiq olmamalıdır. Ermənilərin çox olması səbəbilə diqqətinizi çəkmişsə, nə deməli, betər olsunlar. Elə ermənisi də, Livan ərəbi də... Çünki al birini, vur o birinə... Hamısı eyni şeydi...”
 
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Aqil Ələsgər deyib.
 
A.Ələsgər qeyd edib ki, illərlə ASALA-nın da, PKK-nın da əsas mərkəzi Livan olub: “Məhz burada hazırlandı o xain planlar. Elə Qarabağda gəbərən Monte Melkonyan da Avropaya getmədən öncə Livanın Burç Hamud bölgəsində silahlı dəstələrə başçılıq edirdi. Qısacası, Livanı qan gölünə çevirənlərin özləri o göldə boğulurlar... Ya terrorla, ya da hansısa təsadüfi texniki qəza ilə...”
Tarix: 5-08-2020, 09:03
Xəbəri paylaş



Xəbər lenti