Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş 5 erməni saxlanıldı


Həbs, qandal

Rusiyada istintaq məhkəmədən Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etməkdə şübhəli bilinən beş ermənin həbsini tələb edir. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” paytaxtın Nikulin rayon məhkəməsinə istinadən xəbər verib.

Bildirilir ki, Nikoyan S.M., Nikoyan A.A., Petrosyan A.P., Petrosyan N.Ş., Apreyan A.A.-nın saxlanmasına dair müraciət daxil olub.
Bu şəxslər qrup halında xuliqanlıq etməkdə təqsirli bilinirlər.
Qeyd edək ki, daha əvvəl RF DİN-dən Moskvada kütləvi davalarda və müəssisələrdə vitrinlərin sındırılmasından sonra 30-dan çox nəfərin saxlanılması barədə məlumat verilmişdi. Bundan əlavə, miqrasiya qanunvericiliyinə uyğun olaraq, xarici vətəndaşlar üçün 5 il müddətinə Rusiya Federasiyasına giriş qadağasının qoyula biləcəyi ilə bağlı tədbirlər görülə biləcəyi barədə də bildirilmişdi.
Tarix: 27-07-2020, 21:57
Xəbəri paylaş



Xəbər lenti