Baş redaktorun vəzifəli şəxslərlə şok əməlləri - TƏFƏRRÜAT

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan “İnsan və Qanun” jurnalının baş redaktoru Nurəddin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurəddin Hüseynov 2002-ci ildən “İnsan və qanun” jurnalının baş redaktoru vəzifəsində işləyərkən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin Komissiya tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildiyi halda Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru Ramiz Məmmədov və qeyriləri ilə ali təhsil müəssisələrinə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin müəyyən miqdarda pul müqabilində, yəni tamah niyyətilə guya Müəllimlər İnstitutuna qəbul olunması, gələcəkdə həmin təhsil müəssisəsini bitirmələri görüntüsü yaradan saxta tələbə biletləri, qiymət kitabçaları, diplomların və digər sənədlərin verilməsi ilə bağlı qabaqcadan razılaşmaqla əlbir olaraq cinayət əlaqəsinə girib.
Nurəddin Hüseynov 2007-ci ilin avqust ayında Şəmkir rayon sakini Bəynişan Bayramovun övladı Səfayət Bayramovanın ali təhsil müəssisələrindən birinə qəbul edilməsi ilə əlaqədar köməklik göstərilməsi ilə bağlı ona müraciətindən sonra, cinayətkar qrupun üzvləri ilə qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun qanuni yolla birbaşa Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinin qiyabi şöbəsinin ödənişli əsaslarla 2-ci kursuna qəbul etdirəcəyini yalandan vəd verib.
Bu adla Nürəddin Hüseynov ondan 2007-ci ilin oktyabr ayında 2500 manat pulu redaktoru olduğu jurnalın Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən inzibati binasında olan xidməti otağında alıb.
Daha sonra əlbir olduğu Ramiz Məmmədov və qeyriləri ilə aralarında bölüblər. Ali təhsil müəssisəsinin direktoru Ramiz Məmmədova məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə Nurəddin Hüseynov tərəfindən Səfayət Bayramovanın qeyd edilən fakültəyə qəbul olunması barədə həmin ilin dekabr ayında Gəncə şəhəri, Bayan küçəsi 57 ünvanında həmin filialın binasında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilmiş, sonuncunun həmin filialın tələbəsi olması görüntüsü yaradan saxta tələbə bileti və qiymət kitabçasını verib.
Daha sonra, Səfayət Bayramovanın 3 il müddətinə 2007-2010-cu illərdə filiala qəbul olunmadığı və həmin institutun tələbəsi olmadığı halda, guya təhsil almaq görüntüsü yaratmaqla cinayətkar əməllərini davam etdirən Nürəddin Hüseynov ümumi sövdələşməyə uyğun olaraq Bəynişan Bayramovdan təhsil haqqı kimi hissə-hissə olmaqla müxtəlif tarixlərdə qeyd institut filialının inzibati binasında qabaqcadan əlbir olduğu Ramiz Məmmədov və qeyriləri vasitəsilə hissə-hissə olmaqla cəmi 2500 manat məbləğində pulun təhsil haqqı adı ilə alıblar.
Bundan başqa, Nürəddin Hüseynov Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru Ramiz Məmmədov, həmin institutun Qazax filialının direktoru İsa Veyisov, Qazax filialın təcrübü məşğələ rəhbəri Sevda İsgəndərova və qeyriləri ilə ali təhsil müəssisələrinə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin müəyyən miqdarda pul müqabilində, yəni tamah niyyətilə guya Müəllimlər İnstitutuna qəbul olunması, gələcəkdə həmin təhsil müəssisəsini bitirmələri görüntüsü yaradan saxta tələbə biletləri, qiymət kitabçaları, diplomların və digər sənədlərin verilməsi ilə bağlı qabaqcadan razılaşmaqla əlbir olublar.
Nürəddin Hüseynov 2009-cu ilin oktyabr ayında Bəynişan Bayramovun övladı Məlahət Bayramovanın ali təhsil müəssisələrindən birinə qəbul edilməsi ilə əlaqədar müraciətinə əsasən onun qanuni yolla birbaşa Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” fakültəsinin qiyabi şöbəsinin 3-cü kursuna qəbul etdirəcəyini yalandan vəd verib.
Bu adla ondan 2009-cu ilin oktyabr ayında 3500 manat pulu redaktoru işlədiyi jurnalın Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə şəhəri Heydər Əliyev adına meydanda yerləşən inzibati binasında olan xidməti otağında alıb.
Nürəddin Hüseynov eyni niyyətlə, Məlahət Bayramovanın təhsil haqqını ödəmək və dərslərdə iştirak etməməsini təmin etmək adı ilə 2009-2012-ci illərdə Qazax şəhəri, H.Əliyev prospekti 150 ünvanda yerləşən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında cinayətkar qrupun üzvü Sevda İsgəndərova vasitəsilə cəmi 2500 manat pulun təhsil haqqı kimi alınmasına, eyni qaydada, Məlahət Bayramovanın qeyd edilən fakültəyə qəbul olunması barədə məzmununa qabaqcadan əlbir olduğu Sevda İsgəndərova və qeyriləri tərəfindən özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə həmin ünvanda bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmış saxta tələbə bileti, guya təhsil haqqının ödənilməsinin təsdiq edən ödəniş qəbzinin Bəynişan Bayramova verilməsini təmin edib.
Nürəddin Hüseynov 2 mart 2017-ci il tarixdə Bəynişan Bayramova verdiyi vədinə inandırmaq üçün guya Məlahət Bayramovanın adına Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə tam kursu bitirməsinə dair bakalavr diplomunu alıb və ona təqdim edəcəyi adı ilə ondan redaktoru olduğu jurnalın Gəncə şəhəri, M.Xələf küçəsində yerləşdiyi inzibati binasında 500 manat alıb.
Daha sonra Nürəddin Hüseynov Ramiz Məmmədov, İsa Veyisov, Sevda İsgəndərova və qeyriləri ilə ali təhsil müəssisələrinə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin müəyyən miqdarda pul müqabilində, yəni tamah niyyətilə guya Müəllimlər İnstitutuna qəbul olunması, gələcəkdə həmin təhsil müəssisəsini bitirmələri görüntüsü yaradan saxta tələbə biletləri, qiymət kitabçaları, diplomların və digər sənədlərin verilməsi ilə bağlı qabaqcadan razılaşmaqla əlbir olub, cinayət əlaqəsinə girib.
Nürəddin Hüseynov etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2010-cu ilin avqust ayında Kəlbəcər rayon sakini Ziyad Mirzəyevin övladı Rəvanə Mirzəyevanı ali təhsil müəssisələrindən birinə qəbul edilməsi ilə əlaqədar müraciəti əsasında, Rəvanə Mirzəyevanı qanuni yolla guya Gürcüstanda yerləşən ali təhsil müəssisələrindən birinə qəbul etdirəcəyini, 2010-cu ilin sentyabr ayının ortalarına birbaşa, qanuni əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” fakültəsinin 3-cü kursunun ödənişli əsaslarla qiyabi şöbəsinə köçürəcəyini, 2013-cü ildə qanuni diplom verəcəyini yalandan vəd verib.
Bu adla Nürəddin Hüseynov Ziyad Mirzəyevdən 2010-cu ilin sentyabr ayında 5.000 manat pulu redaktoru olduğu jurnalın Gəncə şəhəri, Şeyx Bahiyəddin küçəsində yerləşən “Gəncə şəhəri Aşıqlar Birliyi”nin inzibati binasındakı xidməti otağında alıb.
Onun institutun filialına qəbul olunması barədə qabaqcadan əlbir olduğu Sevda İsgəndərova və qeyriləri tərəfindən özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliklə Qazax şəhəri, H.Əliyev prospekti 150 ünvanında yerləşən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmış saxta tələbə bileti və qiymət kitabçasının verilməsindən sonra Rəvanə Mirzəyevanın 3 il müddətinə 2010-2013-cü illərdə filiala qəbul olunmadığı və həmin institutun tələbəsi olmadığı halda, guya təhsil almaq görüntüsü yaratmaqla cinayətkar əməllərini davam etdirərək Ziyad Mirzəyevdən təhsil haqqı, dərslərdə iştirak etməməsi, imtahanların yazılması, diplom müdafiəsi və diplomun verilməsi adı ilə 2010-2013-cü illərdə hissə-hissə olmaqla cəmi 5500 manat pulun alıblar.
İstintaq orqanı tərəfindən Nürəddin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.5,313-cü (vəzifə saxtakarlığında iştirakçılıq) maddələri ilə ittiham elan edilib.
Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə Nürəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib.
Bundan başqa, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham da ittihamdan xaric edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin cinayət işində adı keçən zərərçəkmişlər də eyni tələblə apelyasiya şikayəti veriblər. Onlar həmçinin mülki iddialarının təmin olunmasını, onlara dəymiş ziyanın ödənilməsini istəyiblər.
Nürəddin Hüseynov isə apelyasiya şikayəti verib və günahsız olduğunu əsas gətirərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin dəlilləri, zərərçəkmişlərin və təqsirləndirilən şəxsin şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, prokurorun protesti, zərərçəkmişlərin şikayətləri təmin edilməyib. Nürəddin Hüseynovun şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin hökmü ləğv olunub, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Nürəddin Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 313-cü maddələrti ilə zərərçəkmiş şəxs Bəynişan Bayramova münasibətdə verilmiş ittihamlar üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.
Nürəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.5, 313-cü maddələri ilə (zərərçəkmiş şəxs Mirzəyev Ziyad İbiş oğluna münasibətdə verilmiş itiihamlar üzrə) təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddələrlə ona cəza təyin edilməyib.
Nürəddin Hüseyenova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham ittihamdan xaric edilib. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, Ramiz Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsa Veysov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Tarix: 24-07-2020, 12:28
-
Bu gün, 11:59
Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil”
-
Bu gün, 11:29
Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…
-
Dünən, 11:42
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir – TƏFƏRRÜAT
-
Dünən, 11:40
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK Detallar
-
28-02-2025, 16:32
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
-
28-02-2025, 11:36
Polisdən maliyyə piramidalarına qarşı əməliyyat: 500 min manatlıq dələduzluq sistemi ifşa edildi
-
28-02-2025, 09:29
Bərdədən tükürpədici səs yazısı: "Cənab Prezident, Vidadi İsayevin işçiləri bizi qırır" - VİDEOMÜRACİƏT
-
27-02-2025, 11:06
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
-
27-02-2025, 11:05
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
-
27-02-2025, 11:05
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
-
27-02-2025, 11:05
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
-
27-02-2025, 11:05
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
-
27-02-2025, 11:04
“OBA”-dan açıqlama: “Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir”
-
26-02-2025, 13:00
Vidadi İsayevin işçisi Bərdədə "gücünü arvadlara göstərir" -VIDEO
-
25-02-2025, 17:59
"Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
-
25-02-2025, 17:31
Bir ildir komada olan 11 yaşlı Xədicənin anası: 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar'
-
25-02-2025, 17:30
Pirverdiyevin başı “Azercell”ə qarışıb: “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
-
25-02-2025, 11:02
Mirzoyandan yaramaz uşaq hərəkəti
-
25-02-2025, 11:01
Daria Qrevtsova: “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ”
-
24-02-2025, 21:51
Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -... direktor aciz qalıb
-
24-02-2025, 21:49
Sumqayıtda müəllimlərin əmək haqları niyə verilmir? – ŞİKAYƏT
-
24-02-2025, 10:40
Sahibsiz Bakı... - şəhəri iki günə iflic qoyan üç məmur kimdir?
-
23-02-2025, 17:28
Emin Əmrullayevin dostu valideynlərə DİVAN TUTUR: “Qalmışıq o Allahsızın əlində”
-
23-02-2025, 16:57
Ağlar günə qalan səhiyyəmiz...
-
23-02-2025, 16:56
Lənkəranın memarı sahibkara niyə zülm edir? - VİDEO
-
23-02-2025, 16:55
“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? – FOTOLAR
-
23-02-2025, 16:19
Arvadı mühasib, qardaşı oğlu müavin idi- Bələdiyyə sədri maaşları özü alıb- TƏFƏRRÜAT
-
23-02-2025, 16:15
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
-
22-02-2025, 21:48
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
-
22-02-2025, 21:46
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...