Firudin Nəbiyevi xüsusi təyyarə ilə Türkiyəyə aparıblar - "Vəziyyəti ağırdır..."

Firudin Nəbiyevi xüsusi təyyarə ilə Türkiyəyə aparıblar
Dövlət Miqrasiya Xidmətinin sabiq qalmaqallı rəhbəri Firudin Nəbiyevdən xəbər var. Onun da son günlər bütün bəşəriyyəti sarsan koronavirus pandemiyasına yoluxduğu deyilir. Bu barədə DİA.AZ-a məlumat verən mənbə iddia edir ki, keçmiş DMX rəisinin durumu gərgindir.

Mənbə iddia edir ki, Firudin Nəbiyevin yaxınları onun Azərbaycanda müalicəsini davam etdirmək istəmədiklərindən və vəziyyətinin günü gündən ağırlaşması səbəbindən xəstəni xüsusi təyyarə reysi ilə Türkiyəyə aparıblar.

Qeyd edək ki, Firudin Nəbiyevin adı müxtəlif vaxtlarda ayrı-ayrı qalmaqallı işlərdə hallanıb və onun DMX-dən qalmqallı şəkildə qovulduğu da iddia olunmaqdadır.

Кeçmiş rəisə Allahdan şəfa diləyirik.
Tarix: 24-07-2020, 12:24
Xəbəri paylaş



Xəbər lenti