"Nə olsun, bizim oliqarxlar, nazirlər, başçılar da Azərbaycanın hər rayonunda, dünyanın dörd bir yanında ildə 122 villa, obyekt tikdirir..."
Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış sepratçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın tapşırığı ilə Kəlbəcər rayonunun Kolataq kəndində sülənən ermənilər üçün 22 yeni evin inşası bərpa edilib.
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Bəhs edilən evlərin tikintisi maliyyə çatışmazlığı ucbatında 2014-cü ildə dayandırılıb.
Hazırda evlərin xarici elektrik şəbəkəsi və su təchizatı üzərində iş aparılır. Hər biri üç otaqlı olan evlərin bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Layihə erməni xeyriyyəçi Hayk Magakelyan tərəfindən maliyyələşdirilir.
P.S. Nə olsun, bizim oliqarxlar, nazirlər, başçılar Azərbaycanın hər rayonunda, dünyanın dörd bir yanında ildə 122 villa, otel, sanatoriya, restoran tikdirir... Sultan Laçın