Qobu və Hökməlidəki qeyri-qanuni tikintiklərlə bağlı Abşeron RİH-dən AÇIQLAMA


Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında qanunsuz tikinti işləri aparılması ilə əlaqədar informasiyalar yayılıb.
Yayılmış informasiyalarla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Yenisabah.az-a bildirib ki, qeyd olunan hallarla bağlı dəfələrlə özbaşına, qeyri-qanuni tikinti  işləri aparan şəxslərə xəbərdarlıq edilib, aidiyyatı qurumlar  qarşısında məsələ qaldırılıb.
“Rayon İcra  Hakimiyyəti Prezident İlham Əliyevin 2012-ci il  6  iyun  tarixli  648  nömrəli  Fərmanı  ilə   təsdiq  edilmiş   “Yerli  icra  hakimiyyətləri  haqqında   Əsasnamə”nin   3.11.5-ci  maddəsinin, Şəhərsalma  və Tikinti Məcəlləsinin 16-cı  fəslinin,   “Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı   hüquqi    tənzimləmə   haqqında”  Azərbaycan Respublikasının 2012-ci il 29 iyun   tarixli   392-IVQ   nömrəli  Qanununun    tətbiqi    barədə  Azərbaycan  Prezidentinin   4   sentyabr   2012-ci  il,  695  nömrəli  Fərmanının,     Prezidentin 2014-cü il  24  noyabr  tarixli  375 nömrəli   Fərmanı  ilə  təsdiq  edilmiş   “Dövlət   şəhərsalma   nəzarətinin   həyata  keçirilməsi    Qaydaları”nın  4.1,  4.2  və  4.3-cü  maddələrinin  tələblərinə  müvafiq  olaraq    həmin   özbaşına    tikintilərin   qarşısının  alınması   məqsədilə   müvafiq  tədbirlərin  görülməsi  üçün  aidiyyatı dövlət   qurumları  və   hüquq   mühafizə  orqanları  qarşısında  məsələ  qaldırmış,  yazılı  müraciətlər ünvanlayıb.
Əlavə olaraq bildiririk ki, sözügedən ərazilərdə  aparılmış  qanunsuz tikililərin qarşısının alınması və  sökülməsi tələbi ilə məhkəmə orqanları qarşısında  iddia  tələblərinin  qaldırılması qanunvericiliyə  əsasən  həmin  tikililərin  inşa  olunduğu  torpaq  sahəsinin  mülkiyyətçisi kimi “Azərenerji”  ASC-nin  aidiyyatı  qurumlarının səlahiyyətindədir.
Yuxarıda  qeyd  olunan  müvafiq  icra  hakmiyyyəti  və  hüquq  mühafizə  orqanlarına   Abşeron  rayon   İcra  Hakimiyyəti    tərəfindən  edilmiş  müraciətlər   təmin   olunacağı  və  səlahiyyətli  qurum  tərəfindən belə  bir  iddia  tələbi  qaldırılaraq  məhkəmə  tərəfindən  təmin  olunacağı  təqdirdə  rayon  İcra  Hakimiyyəti  qanuna  müvafiq  qaydada  köməklik  göstərməyə  hazırdır”.
Tarix: 20-07-2020, 12:40
Xəbəri paylaş



Xəbər lenti