Bakı şəhəri
Yasamal rayonu, “3 Tac” (“Tri koronı”) adlanan binaların qarşısında yerləşən gölün ərazisi qurudulur.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı paytaxt sakini Mətin Rəhimli yayıb. O, ərazidən şəkil paylaşıb. Şəkillədə nəzərə çarpan yaşıllığın məhv edilməsidir. Birinci fotodan azı 2-3 yaşlı 20-dək ağac görünür. İkinci fotoda isə ağac, yaşıllıqdan əsər-əlamət qalmayıb.
Məsələ ilə bağlı Yasamal sakini, media hüquqi üzrə ekspert Xalid Ağalıyev bildirib ki, son illərdə dəfələrlə həmin ərazidə hansısa tikinti işlərinin aparılmasına cəhdlərin olduğu, ancaq insanların etirazları sayəsində gölün qurudulmasının önləndiyi deyilir: “Yadımdadır ki, 5-10 il əvvəl gölün ətrafının parka, istərahət güşəsinə dönüşdürüləcəyi ilə bağlı açıqlamalar olmuşdu, lövhəciklər asılmışdı. İndi görünən budur ki, ərazidə pandemiya və son günlər dövlət sərhəddimizdə yaşanan görginliyin kölgəsində rahatlıqla tikinti işlərinə start verilib”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki məsələyə açıqlama gətiriləcək.
Tarix: 20-07-2020, 12:37