Bakının Yasamal rayonunda “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".
İcra Hakimiyyətindən o da bildirilib ki, mediada ərazi ilə bağlı yayılmış foto şəkillər köhnədir: "Hazırda ərazidə yalnız abadlıq və təmizlik işləri görülür".
Tarix: 19-07-2020, 16:47