Azərbaycanın ermənilərə işğal etdirilmiş 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejim Xankəndidə qanunsuz “ milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlı idarəsi üçün yeni bina tikdirir.
Moderator.az xəbər verir ki, bu haqda informasiya və foto-görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Digər xəbərlərə görə, iyunun 6-da qondarma rejimin yeni “seçilmiş” rəhbəri Araik Arutyunyan bəhs edilən idarənin hazırkı binasında əməkdaşlarla görüş keçirib.
Xatırladaq ki, mayın sonunda separatçı-terrorçu rejimin “milli təhlükəsizlik xidməti”nin rəhbərliyinə keçmiş “daxili işlər” “naziri” general-mayor Kamo Ağacanyan gətirilib.
P.S. Düşmən Azərbaycan torpağında təhlükəsizliyinə nə təhər arxayındırsa, atası azərbaycanlı olan generala “milli (!) təhlükəsizlik xidməti”ni etibar edir və ona həmin qurumun yeni binasını tikdirir…
Sultan Laçın