Bakıda maraqlı hadisə qeydə alınıb.
Sahibi bilinməyən “Mitsubishi” markalı minik maşınının sahibi avtomobilini 20 Yanvar metrosu yaxınlığında yolun düz ortasında parklayaraq gedib. Bu barədə BNN-nın mətbuat katibi Mayis Ağayev sosial şəbəkədə məlumat verib. O görüntüləri paylaşaraq, “İnsan bilmir buna nə ad versin” şərhini əlavə edib.
Mayis Ağayev bildirib ki, avtomobil saxlanılarkən saz vəziyyətdə olub. Yəni onun nasazlıq səbəbi ilə bu qədər qeyri- adi parklanması mümkün deyil.
Sosial şəbəkə izləyiciləri isə fotoya ”Burda mənəm, Bağdadda kor xəlifə” adı qoymağı təklif ediblər.