96 yaşlı müharibə veteranı amansızlıqla öldürüldü


96 yaşlı müharibə veteranı amansızlıqla öldürüldü

Rusiyanın Omsk vilayətində qətl hadisəsi baş verib. Cebhe.info xəbər verir ki, vilayətin Tevriz qəsəbəsində ikinci dünya müharibəsinin iştirakçısı mətbəx bıçağı ilə öldürülüb. Üzərində zorakılıq əlamətləri olan 96 yaşlı kişinin meyiti qohumları tərəfindən aşkarlanıb. Müharibə iştirakçısınn qətlində suçlu bilinən 65 yaşlı yerli sakin saxlanılıb. İlkin araşdırmadan sonra məlum olub ki, mayın 6-da axşam qatil öldürülən şəxsin evinə qonaq gəlib. Söhbət zamanı aralarında mübahisə yaranıb. Qonaq müharibə veteranının sinəsinə bıçaqla zərbələr vurub. 96 yaşlı veteran bu zərbələrdən ölüb.

Tarix: 10-05-2020, 12:56
Xəbəri paylaş



Xəbər lenti