“Azərsu”nun Abşeronda su oğruları peyda olub – VİDEO

 



Azərbaycanda büdcə oğurluğu, qızıl-zinət, pul oğurluğu eşitmişdik, su oğurluğu ilk dəfə eşidirik. Necə deyərlər, qulaq hər gün bir söz eşitməsə kar olar.
Ancaq karlığa gərək yoxdur, gözlərinizlə görəcək, qulaqlarınızla təqdim edəcəyimiz videodan eşidəcəksiniz ki, Abşeronun Hökməli qəsəbəsində su oğruları peyda olub.
Reportyor.info-ya göndərilən kadrlardan görünür və məlumat verilir ki, Hökməlidə “Ocaq” marketin yaxınlığındakı ərazidən su borusuna müdaxilə edilir.
Bildirilir ki, içməli su daşıyan maşınlar həmin massivdən qeyri-qanuni olaraq su götürür və qəsəbə sakinlərinə satırlar.
Yəni, həmin su borusuna müdaxil edilməklə dövlətdən gizli su oğurlanaraq camaata satıb varlanmaq istəyənlər var.
Onlar “Azərsu” ASC-nin xəbəri olmadan belə bir dövləti cinayətə və xəyanətə imza atırlar.
Belə ki, hər gün “Azərsu” ASC-yə məxsus su borusundan 500-600 tondan artıq su mənimsənilərək satılır. Hətta bunu Kərbəla çölündə Yezid və adamları da etməyiblər.
Görünür ki, ölkə rəhbərliyi və “qara maskalı” xilaskar təkcə icra hakimiyyətlərində kök salmış korrupsionerlərlə mübarizə aparmalı deyil, həm də dövlətdən su oğurlayıb susuz qəsəbə camaatına satanlarla da tədbir görməlidir.
Çünki onlar həm dövlətə ziyan vurur, həm oğurluq edir, həm də su satmaqla varlanmaq arzusundadırlar.
Elə bilməyin ki, həmin video bizə təqdim olunanda boş oturmuşuq, Abşeron Su İdarəsi ilə əlaqə saxlamışıq. İdarədən saytımıza bildirildi ki, məsələdən agahdırlar, həmin şəxslərlə bağlı tədbir görəcəklər.
Görəsən, idarə su oğruları ilə bacarmır, yoxsa “Ocaq” marketin yanındakı su borusundan oğurluq elə idarə rəhbərliyinin də istəklərinə uyğundur? – gəlin kadrlara baxaq…



Tarix: 5-05-2020, 12:40
Xəbəri paylaş



Xəbər lenti