Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində 287 nəfər koronavirus şübhəsi ilə test sınağından keçirilib.
Cebhe.info-nun “Sputnik Armenii” portalına istinadən verdiyi məlumata görə, 8 nəfərdə infeksiya aşkarlanıb. 6 nəfərin müalicə olunaraq sağaldığı xəbər verilir.
Xatırladaq ki, Dağlıq Qarabağda ilk yoluxma halı aprelin 7-də qeydə alınıb.
Bundan başqa, işğal altındakı Kəlbəcər rayonunda məskən salmış ermənilər arasında da yoluxma faktı müəyyən edilib.