Arvadını bacanağına qısqandı, güllə ilə gözündən vurdu

Arvadını bacanağına qısqandı, güllə ilə gözündən vurdu

Bacanağını revolver ilə gözündən ataraq qətlə yetirən Kamran Tərlan oğlu Mahmudovun məhkəməsi başlayır.

“Yeni Sabah”ın xəbərinə görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən K. Mahmudovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, 2019-cu il dekabrın 27-si səhər saatlarında Bakının Xətai rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib. 

Belə ki, səhər saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub.

Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib.

Tarix: 23-04-2020, 11:41
Xəbəri paylaş



Xəbər lenti