Atasını öldürən 26 yaşlı Yusifin işi

 
  Atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 26 yaşlı Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Xatırldaq ki, 26 yaşlı Yusif yaşadıqları Gəncə şəhər Dəmiryolu, 6 ünvanında atası 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayaraq öldürüb.
Hadisəni törədən zaman Yusif sərxoş olub. Qətlə səbəb isə ailə münaqişəsi zəminində başlayan mübahisə olub.
Tarix: 20-04-2020, 09:52
Xəbəri paylaş



Xəbər lenti