"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İmişli rayonunda dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində irihəcmli satınalma müsabiqəsi elan edib.
32gun.az xəbər verir ki, Tender sorğusuna əsasən, bu nəhəng vəsait mərkəzin inşasına deyil, hələlik sadəcə layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanması xidmətinə xərclənəcək.
Hər hansı bir tikinti işi başlamadan, təkcə kağız üzərindəki cizgilər və hesablamalar üçün ayrılan vəsaitin ümumi ehtimal olunan qiyməti rəqəmlərin qəribə düzülüşü ilə də diqqət çəkərək tam 5.611.111,11 AZN təşkil edir.