Bakının bir neçə məntəqəsində nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyət tətbiq edilir.Bu barədə "AzParking" MMC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər paytaxtda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar tətbiq olunur.
Xəzər TV xəbər verir ki, məhdudiyyətlərin tətbiq ediləcəyi ərazilər bunlardır:
Ağ Şəhər ərazisi: 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafı;
Nərimanov rayonu: Zaur Nudirəliyev küçəsi.
Sürücülərdən qeyd olunan ərazilərdə nəqliyyat vasitələrini park edərkən tətbiq olunan müvəqqəti qaydaları nəzərə almaları xahiş olunur.