Hər bir nümayiş paradı, o ölkənin əhvalını və imkanını göstərir. Moskvada keçirilən 9 may Qələbə Paradı 1945-ci ildən bəri, son 70 ildə çox sönük parad oldu. Hərbi texnikasız, xarici ölkə liderlərindən, cəmisi 3 MDB: Qazaxstan Özbəkistan və Belarus rəhbərlərinin iştirakı, Rusiyadakı xarici səfirlərin iştirak etməməsi. Yalnız, hərbçilər və seçmə əhali yürüşü oldu. Çıxış edən Putindən tutmuş, ölkə rəhbərliyi, generallar və camaat içində əhval isə, aşağı.
Bu, əslində müharibədə çətin anlar keçirən, müdafiə olunan bir dövlətin son ruhqaldıma paradına bənzəyirdi. Belə hərbi paradı Stalin 1941-də, almanlar Moskvanı mühasirə edən zaman keçirmişdi və o paraddan da əsgərləri cəbhəyə yollayaraq. Tarixçilər bilir bu haqda.
Və bu, əslində Rusiyanın, Putinin Ukrayna ilə müharibədə ən azı, qələbısizlik, nəticəsizlik (məğlubiyyət demirəm) göstəricisi idi. Və bu müharibənin Rusiya iqtisadi, sosial, mənəvi, hətta ictimai-siyasi və idarəçilikdə həyatının getdikcə çöküşə doğru gedişi göstəricisi idi.
Bir tərəfdən, Putinin Ukrayna avantürsında qoyulan qoyulan, 3 günə Kiyevi almaq, onun ölkəsini hərbsiz və millətsizləşdirmə planın hansısa biri həll edilmədi. Və faktiki olaraq, cəbhədə irəliləyiş də olmadı, Donbasda qalır.
Digər tərəfdən, Ukrayna xalqı, ordusu, həm, Zelenski başda olmaqla, rəhbərliyi döyüşlə möhkəmləndi, bərkidi. Ukrayna müdafiədən hücuma keçən, təcrübəli orduya malik, silah, raket istehsal edən bir hərbi sənaye dövləti oldu. Müharibəni raket, dronları vasitəsi ilə bombardmanla Rusiya ərazi dərinliklərinə keçirə bildi. Və dünyada misli görünməyən hörmətə və dəstəyə sahib olan bir ölkə oldu!
Putin Rusiyasını isə, tutduğu ədalətsiz, işğal, talan və axıtdığı həm Ukrayna, həm öz xalqı, əsgərlərinin havayı qanı ilə, talenin yaxın bir neçə ayda dərin hərbi və ölkədaxili tənəzzül sınağına çəkməsi gözlənilir. Belə gedişatla, Putinin hökumətinin bitməsi mütləq, Rusiya Federativ imperiyası qalışı isə suallı görünür.
P. S.
Videoda, Moskva paradında qadın sinəsində Ukraynada itkin düşən əsgər oğlunun şəkli ilə. Rusiya tv jurnalistinə qadın deyir, oğlum itkin düşüb, yas içindədir. Jurnalist isə, təbrik edir, vecsiz deyir ki, bu sizin üçün ikiqat bayramdır.
Müəllif: Ilqar Altay ,
AXS.az
Tarix: Dünən, 22:36