TƏCİLİ! Yüksək vəzifəli şəxslər işdən azad edildi – SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. 

AXS.az xəbər verir ki, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidməti İdarəsində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.

Belə ki, İdarənin rəis müavinləri Həbib ƏliyevEyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib.//Qaynarinfo
Tarix: Bu gün, 12:44
Xəbəri paylaş



Xəbər lenti