
1xeber.media yazır: ŞÜHBƏLİ TƏYİNAT''ın izilə..
Öz qeyri-adi təyinatları ilə təhsil sistemini məhvə sürükləyən, Azərbaycan təhsilini təcrübə obyektinə çevirən Eşqi Bağırov məcburiyyətdən növbəti təəccüb doğuran kadr təyinatına imza atıb. Bu yaxınlarda Turanə Məcidlinin BŞTİ müdir müavini təyin olunması təhsil cameəsi tərəfindən heç də birmənalı qarşılanmayıb. Əslində bu təyinatın izi Ağ şəhərdəki evlərə qədər gedib çıxır. Yəni məcburiyyətdən doğan təyinatın sədası şəhər meriyasından başlayıb Ağ şəhərdə əks səda verir. ( bu barədə ətraflı növbəti yazımızda) İndiyə qədər hansısa ciddi uğuru ilə tanınmayan, amma vəzifə pillələrində sürətli yüksəlişi ilə təcrübəli atletləri belə geridə qoyan Turanə Məcidli cəmisi 8 ay öncə BŞTİ-də sektor müdiri təyin olunmuşdu. Görəsən onun hansı fövqəladə qabiliyyəti, yaxud innovativ fəaliyyəti Eşqi Bağırovu bu qədər cəlb edib ki, cəmisi 8 aydan sonra onu daha yüksək posta gətirib?
İllərlə təhsil sahəsində külüng çalan, neçə-neçə elmi işi olan şəxslər var ki, heç kimin yadına düşmür, quruca bir “çox sağ ol”la mükafatlandırılmır. Amma Turanə Məcidli 10 ildə karyerasında inanılmaz yüksəlişə nail olaraq indiki vəzifəyə təyin olunub. Bu xanıma sıravi müəllimlikdən paytaxtın təhsil idarəsinin müdir müavini olmasına qədər 10-12 il bəs edib. Nəzərə alsaq ki, Azərbaycan praktikasında bunun istedad, yaxud qabiliyyətlə mümkün olması o qədər də inandırıcı görünmür. O səbəbdən də Turanə Məcidlini himayə edən, əsən yellərdən, axan sellərdən qoruyan qüvvənin kim olduğu maraqlı deyilmi?
Xatırladaq ki, Turanə Məcidlinin yaxınları təhsil sistemində kök atmış “köhnə qvardiyanın” nümayəndələrindəndir. Onun qayınatası Məhəbbət Kazımovun dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu bildirilir. Qayınanası isə Bakı İdman Liseyinin direktorudur. Ən əsası isə qaynanası Təhminə xanımın Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yaxın rəfiqəsi olmasıdır. Azərbaycan təhsilinə xüsusi “məhəbbət” bəsləyən xanım Vəliyevanın, onları daim qanadının altında saxlayan Ramiz Mehdiyevin bu sahədə hansı faciəvi addımlar atdığı, təhsilimizə hansı sağalmaz yaralar vurduğu heç kimə sirr deyil. Görünür bu çetenin himayəsi ilə Turanə Məcidli sürətlə vəzifə pillələrində irəliləməyə müvəffəq olub. Paytaxtın təhsil sistemində böyük şəbəkə formalaşdıran Mehdiyev-Vəliyeva tandemi hələ də mövqelərini əldən vermək istəmir. Elə bu səbəbdəndir ki, paytaxtın təhsil sektorunu nəzarətdə saxlamaq üçün Turanə Məcidlini tezbazar müdir müavini təyin etdirməyə müvəffəq olublar. Dövlətə xəyanət ittihamı ilə ev dustaqlığına məhkum olunan qocaman akademikin hələ də təhsil sistemində dominant rol oynadığı aydın görünür. Yoxsa onun çətiri altında olmaqda ittiham olunan birinin sürətlə vəzifə pillələrində irəliləməsinə başqa nə ad vermək olar ? Maraqlı olan isə bu təyinata imza atan Eşqi Bağırovun və yaxud daha yüksəklikdə razılığ verənin ixtiyarının kimlərdə olmasııdır. Deyəsən cənab Bağırov Azərbaycan təhsilinə elə belə yox, “meravik məhəbbət” bəsləyir...
Vüqar İsmayılovun sirlərin açın "Gəncə əməliyyatı"
Direktor təyinatı demişkən, bu barədə danışıb Eşqi Bağırovun məhşur "Gəncə əməliyyatı"nı qeyd etməmək günah olardı. Ən azından onun sabiq köməkçisi və "qara kassası" olmuş Vüqar İsmayılovun haqqına girmiş olarıq. Nədən ki, Vüqar İsmayılov direktor təyinatlarında hansı oyunlardan çıxıb, nələr eləyib bir özü,bir Allahı, bir şefi, ucundan-qulağından bir az da biz bilirik.
Doğrudur "Gəncə əməliyyatı" haqqında Təhsil Nazirliyi də bilmişdi, hətta məsələ böyüyüb iş o yerə çatmışdı ki,az qala hüquq mühafizə orqanlarına müraciət ediləcəkdi. Lakin, E.Bağırov bu dəfə də sudan quru çıxmağı bacardı. Doğrudur "Gəncə əməliyyatı"da az əməyi olmayan Vaqif İsmayılovu qurban verməli oldu. Amma deyəsən "qurbanı qəbul olundu", nədən ki, Təhsil Nazirliyi də sonradan bu məsələni çox da açıb ağartmadı.Amma
Çox maraqlıdır ki, bu boyda haqq hesabı heç nə olmamış kimi ört-basdır edənlər görəsən nə vaxta qədər cidanı çuvalda gizlətməyi bacaracaqlar
İndi biz kimin ,ƏDALƏTİNƏ" inanaq,
HAQQIN YOXSA EŞQİNİN?...
Davamı var..
Nicat Mahmudov