Biləcəridən o yana keçə bilməyən təhsilimiz... - MALƏSƏF...

"ETN menecerlərinin Qazaxıstan səfəri davam edir. Səfər çərçivəsində məqsəd həm də "Study in Azerbaijan” sərgisində iştirak, Azərbaycan universitetlərinin təbliği, Qazaxıstandan bizim universitetlərə tələbələr cəlb etməkdir.
 "DİA-AZ" xəbər verir ki, bu səfəri tanınmış təhsil eksperti İlham Əhmədov özünəməxsus şəkildə şərh edib.O bildirib: "Qazaxıstanda 200-dən artıq universitet var, onların 90 % bizim universitetlərdən daha keyfiyyətlidir. Bu halda Qazaxstandan bura tələbə gəlməsi real deyil.2 ay əvvəl bizim bizim baş nazir etiraf etmişdi ki, universitetlərimizin diplomları heç qardaş Türkiyədə tanımır. Bu halda Qazaxıstanlı tələbələr Bakıya oxumağa gələrmi heç?Məsəl var, "öyünməyə yad ölkə." Amma İnternet zamanında hamı hər şeyi bilir, öyünməyə də imkan vermirlər daha..."
Tarix: 9-04-2026, 09:59
Xəbəri paylaş



Xəbər lenti