Abdin Fərzəliyevin daha bir milyonluq mansardı - Binanı Nurlan Həsənovun qardaşı tikir?

Abşeron rayon Xırdalan şəhərində yeni tikilmiş yaşayış binası qanunsuz olaraq bir mərtəbə artırılıb. 

Bizimesr.az xəbər verir ki, Xırdalan şəhər Heydər Əliyev 89 ünvanında inşa edilən beş mərtəbəli binada əlavə olaraq altıncı mərtəbə mansard tikilib.

Bildirilir ki, 5 mərtəbəli binanın altıncı mərtəbəsinin artırılması bina layihəsində yoxdur və qanunsuz inşaat işi aparılıb. Məlumata görə altıncı mətbənin artırılması barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin rəsmi icazəsi də yoxdur. Altıncı mərtəbənin artırılmasına icazənin Abşeron rayon İcra Hakimiyyətinin verdiyi bildirilir.

Qeyd edək ki, 2025-ci ildə binanın tikintisi zamanı fəhlə yıxılaraq ölüb. Həmin hadisədən sonra tikinti bir müddət dayandırılmışdı. Bildirək ki, binlaların qanunsuz artırılması hadisəsi  Abşeron rayon ərazisində ilk deyil. Son aylar sosial şəbəkələrdə bu cür artırmalar barədə xeyli sayda görüntülər yayımlanıb. /AzFakt/

Bizimesr.az-ın əldə etdiyi məlumara görə, bu bina Abşeron rayon icra başçısı Abdin Fərzəliyevin ən yaxın adamı sayılan Nurlan Həsənovun qardaşına məxsusdur. Nurlan Həsənovun qardaşı eyni əməlləri, əsasən mansard əlavələrini Nərimanov rayonunda da həyata keçirib. 

media-02media-03media-04media-05media-06


Tarix: 2-04-2026, 21:51
Xəbəri paylaş



Xəbər lenti