Milli Təhlükəsizlik Şurası Xameneyi, qızı, kürəkəni və nəvələrinin ölümünü təsdiq etdi:"Böyük İran millətinin, dünya azadlıqsevərlərinin və İslam ümmətinin uca ruhlu rəhbəri Həzrət İmam Xameneyi - Allah onun ruhunu pak etsin - ən uca aləmə qovuşdu.
O, özünün çoxdankı arzusuna çatdı və böyük əcdadı Həzrət İmam Əliyə tabe olaraq, mübarək Ramazan ayında səmavi "Kəbənin Rəbbinə and olsun ki, qurtuldum" nidası ilə ilahi dərgaha qovuşdu və bu mübarək ayda şəhadətin şirin şərbətini içdi.
Bu gün əyilməz İran milləti, İslam ümməti və dünya azadlıqsevərləri cinayətkar Amerikanın və işğalçı sionistlərin xain hücumları nəticəsində yas içindədir.
Lakin qaniçən düşmənlər və beynəlxalq zülmkar iblislər bilsinlər ki, dünyanın oyaq qəlbli insanları öz yollarını tapıblar və bu şəhadətlər millətimiz və İslam ümmiəti üçün hər nə qədər ağır olsa da, onları daha müqavimətli və qətiyyətli edəcək.
Heç şübhəsiz, o uca şəxsiyyətin şəhadəti dünya zalımları ilə mübarizədə böyük bir hərəkatın başlanğıcı olacaq.
Doğulduğu günə, öldüyü günə və diriləcəyi günə salam olsun!"