YAP 2 min üzvünü partiyadan xaric edib - CİNAYƏT TÖRƏDƏN ÜZVLƏRİN SAYI

Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

Bu barədə Gununsesi.info– nun   YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir.

Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb. Buna  görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

Tarix: 24-02-2026, 16:12
Xəbəri paylaş



Xəbər lenti