Tərtərdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram konserti keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Meydanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim İlinin başlanması münasibətilə bayram konserti təşkil olunub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.

Bayram tədbiri çərçivəsində meydana yeni il atributları bəzədilmiş Yolka qurulub, Şaxta baba və Qar qız uşaqlar üçün əyləncəli proqram təqdim ediblər. Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışları, musiqi və rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, bayram əhval-ruhiyyəsi daha da coşğulu atmosfer yaradıb.


Tarix: 30-12-2025, 18:19
Xəbəri paylaş



Xəbər lenti