
Kommersant.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma üçün aeroport ərazisinə daxil olan avtomobillərin nağdsız ödəniş sıxıntıları bitmir. Parklanma üçün ödəniş terminalına yaxınlaşan sürücülər qeyri-nağd ödəniş edə bilmir və buna görə də ancaq nağdsız ödəniş etməyə məcbur qalır.
Bundan əvvəlki yazıda hava limanında nağdsız ödəyən sürücülərin şlaqbaundan xüsusi icazə ilə buraxıldığı barədə yazmışdıq. Təbii olaraq bu məsələ də öz həllini tapmışdı. Sonradan limanın vəzifəli şəxsləri daha bir "çıxış yolu" taparaq kartla ödənişlərdə sürücüləri 2 dəqiqəyə yaxın terminal qarşısında gözlətməyi məqbul hesab edib. Yəni, sürücü kartla ödəniş etmək istəsə, ekranda "2 dəqiqə gözləyin" deyərək vaxt sayılmağa başlayır. Təbii olaraq soyuq havada da heç kim 2 dəqiqəsini boşa verməmək üçün nağd ödəniş edərək aeroport ərazisini tərk edir.
Hava limanının qeyri-nağd ödənişlərdən qaçaraq niyə ancaq nağd ödəniş tələb etməsi müəyyən şübhələr doğurur.
Xatırladaq ki, bu kimi ucuz ödəniş problemləri AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun vaxtında yaşanmayıb. Samir Rzayevin təyinatından dərhal sonra parklanma üçün istifadə olunan plastik kartlar ləğv edilərək yeni sistemə keçilib.
Qeyd edək ki, fotolar 27.11.2025-ci il tarixinə aiddir.