Nazir “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır


Nazir “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Tribuna.az  XALQ-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC olub.

Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək.

Satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq:

Qızılgül xarici (təbii) – 3 000 ədəd;

Qızılgül yerli (təbii) – 1500 ədəd;

Qərənfil (təbii) – 1500 ədəd;

Böyük gül səbəti – 80 ədəd;

Orta gül səbəti – 60 ədəd;

Kiçik gül səbəti – 60 ədəd;

Əklil böyük – 7 ədəd;

Əklil orta – 7 ədəd;

Əklil kiçik – 7 ədəd;

Buket böyük – 80 ədəd;

Buket orta – 80 ədəd;

Buket kiçik – 80 ədəd;

Büstönü səbət – 10 ədəd;

Səhnə önü bəzək – 25 metr.

Qeyd edək ki, 2023-cü ildən Mədəniyyən Naziri Adil Kərimlidir.


Tarix: 29-11-2025, 22:47
Xəbəri paylaş



Xəbər lenti