Xətai rayonunda qanunsuz tikintiyə kim icazə verib? 5 mərtəbəli binanın 1 mərtəbəsi necə obyektə çevrildi

Xətai rayonunda qanunsuz tikintiyə kim icazə verib? 5 mərtəbəli binanın 1 mərtəbəsi necə obyektə çevrildi-Video
Xətai rayonunda yenidən qanunsuz tikinti.

Xətai rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsində qanunsuz artırmaların edilməsinə hansı məmur icazə verib?

XALQ-ın məlumatına görə qanunsuz əlavə artırma ilə bağlı “Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazası”nda heç bir məlumat yoxdur.

Xətai İcra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bu məsələyə heç bir münasibət bildirilmədi .

Qeyd edək ki, 2019-cu ildən Xətai İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Qurumların mövqeyini dərc etməyə hazırıq.
Tarix: 11-07-2025, 18:22
Xəbəri paylaş



Xəbər lenti