Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.
Neqativ.com Gününsəsi.info-ya istinadən xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub.
Fərid Əsgərov isə Prezidentin Təhlükəsizlik Xidmətinə rəis təyin edilib. Digər sərəncamla F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.